Menyu

Platini Kvaratsxeliyanı "Qızıl top" mükafatına namizəd hesab edir

Operativ Media
Platini Kvaratsxeliyanı "Qızıl top" mükafatına namizəd hesab edir

UEFA-nın sabiq prezidenti və üçqat "Qızıl top" sahibi Mişel Platini 2026-cı ildə bu nüfuzlu mükafata iddialı olan əsas futbolçuların adlarını açıqlayıb.

​Operativ Media xəbər verir ki, əfsanəvi funksioner Lionel Messi və Kriştiano Ronaldo erasından sonra mübarizənin daha rəqabətli və açıq keçdiyini bildirərək, Kilyan Mbappe, Rodri, Lamin Yamal, Fabian Ruis və Xviça Kvaraçxeliyanı əsas namizədlər sırasına daxil edib.

​Platini PSJ ilə Çempionlar Liqasının qalibi olan gürcüstanlı yarımmüdafiəçi Kvaratsxeliyanın bu mükafata daha layiq olduğunu vurğulayıb. O qeyd edib ki, Mbappe mövsüm ərzində yüksək məhsuldarlıq göstərsə də komanda səviyyəsində kubok qazana bilməyib, digər iddialılar isə müxtəlif uğurları ilə seçiliblər.

​Xatırladaq ki, ötən mövsüm Xviça Kvaratsxeliya bütün turnirlərdə 48 matçda iştirak edərək 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Gürcüstan millisinin üzvü karyerası ərzində "Napoli", eləcə də "Rubin", "Lokomotiv", "Dinamo" (Batumi), "Rustavi" və "Dinamo" (Tbilisi) klublarında çıxış edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər