Hindistanda yataqxana uçub, üç nəfər ölüb
Hindistanın paytaxtı Yeni Dehlidə "Hostel Days" yataqxana binasının uçması nəticəsində üç nəfər ölüb, onlarla insan dağıntılar altında qalmış ola bilər.
Bu barədə Operativ Media "India Today"ə istinadən xəbər verir.
Beşmərtəbəli bina Dehli Universiteti kampusunun yaxınlığında yerləşən özəl tələbə yataqxanaları ilə tanınan, əhalinin sıx məskunlaşdığı Satya-Niketan ərazisində yerləşib. Binanın uçması zamanı zirzəmidə təmir işləri aparılırmış.
Yanğınsöndürənlərin məlumatına görə, daha iki insan ağır yaralanıb, altı nəfər isə xilas edilib. 30-40 nəfərin dağıntılar altında qaldığı güman edilir.
"Dağıntılar altında qalan və ya yaralanmış insanların dəqiq sayı hazırda məlum deyil. Əlavə məlumatlar təsdiqləndikcə açıqlanacaq", - Dehli polisinin açıqlamasında deyilir.
dəqiqələr içində saytın olsun.