Menyu

Uitkoff: Danışıqlarda əhəmiyyətli irəliləyiş var

Operativ Media
Uitkoff: Danışıqlarda əhəmiyyətli irəliləyiş var
1 dəq oxu

Moskva və Kiyevdə keçirilən görüşlərdən sonra növbəti danışıqların cədvəli barədə razılığa gəlinib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edək ki, 6 sentyabrda Amerika nümayəndə heyəti Kiyevə gəlib və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir neçə raund danışıqlar aparıb.

Ukrayna paytaxtına gəlməzdən əvvəl xüsusi nümayəndələr 5 sentyabrda Kremldə Rusiya diktatoru Vladimir Putinlə danışıqlar aparıblar. Görüş üç saatdan çox davam edib.

Əlaqəli Xəbərlər