Menyu

Nazir: PISA nəticələrində Abşeron-Xızı, Bakı, Sumqayıt, Şirvan nisbətən daha yüksəkdir

Operativ Media
Nazir: PISA nəticələrində Abşeron-Xızı, Bakı, Sumqayıt, Şirvan nisbətən daha yüksəkdir
1 dəq oxu

PISA nətilərində Qazax rayonunda ikinci səviyyədən aşağı nəticə göstərənlərin payı 75 faizdir. Qarabağ, Qazax, Quba, Mingəçevir, Naxçıvan, Gəncə, Astara kimi bölgələrdə də müəyyən fərqlər müşahidə olunub.

Operativ Media xəbər verir ki, bu barədə PISA 2025- Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimat mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, Şabranda PISA nəticələri nisbətən yuxarıdır. Abşeron-Xızı, Bakı, Sumqayıt, Şirvan kimi yerlərdə nəticələr nisbətən daha yüksəkdir. Quba da digər bölgələrlə müqayisədə təxminən 8 faiz daha yüksək nəticələri ilə fərqlənir.

Əlaqəli Xəbərlər