Menyu

Macarıstan Rusiya diplomatlarını ölkədən çıxarır

Operativ Media
Macarıstan Rusiya diplomatlarını ölkədən çıxarır

Macarıstan Rusiyanın 10 diplomatını ölkədən çıxarmaq qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Anita Orban “X” hesabında bildirib.

Məlumata görə, bununla əlaqədar olaraq Rusiya səfiri Macarıstanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya nümayəndəliyində çalışan 10 diplomatın Macarıstan ərazisində diplomatlar üçün qəbuledilməz hesab edilən fəaliyyətlə məşğul olduqları səfirin diqqətinə çatdırılıb.

“Bununla əlaqədar Macarıstan tərəfi adıçəkilən şəxsləri ölkəni tərk etməyə çağırıb. Bu qərar Macarıstanın təhlükəsizliyini və suverenliyini qoruyur”, - Orban yazıb.

Bununla belə, o, Budapeştin bu qərarının Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi demək olmadığını vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər