Menyu

ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Azərbaycana səfər edib

Operativ Media
ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Azərbaycana səfər edib

8 sentyabr tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Aleni qəbul edib. Görüşdə həmçinin ABŞ-nin ölkəmizdəki müvəqqəti işlər vəkili Emi Karlon da iştirak edib.

XİN-dən Operativ Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Görüş zamanı həmçinin Elnur Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə ABŞ-yə etdiyi səfərin nəticələri və imzalanmış üçtərəfli bəyanat, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Azərbaycan-ABŞ ikitərəfli gündəliyi və Strateji Tərəfdaşlıq Xartiyasında əks olunmuş istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivlərinə nəzər salınıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər