Menyu

İrandan Azərbaycana narkotik vasitəsinin keçirilməsinin qarşısı alınıb

Operativ Media
İrandan Azərbaycana narkotik vasitəsinin keçirilməsinin qarşısı alınıb
1 dəq oxu

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Operativ Media-ya Dövlət Sərhəd Xidmətindən bildirilib.

Sentyabr ayının 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanmışdır.

Belə ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İran İslam Respublikasından Azərbaycan Respublikasına paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər