Menyu

Bu il işğaldan azad edilmiş ərazilərdə 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcək

Şəfa Hüseynli
Bu il işğaldan azad edilmiş ərazilərdə 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcək

Bu il işğaldan azad edilmiş ərazilərdə daha 11 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayacaq.

Operativ Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən illərdə işğaldan azad edilmiş ərazilərdə 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Bu il daha 11 müəssisənin həmin sıraya qoşulması ilə ümumilikdə 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcək. Həmin müəssisələrdə 408 uşaq təhsil alacaq.

Emin Əmrullayevin sözlərinə görə, sentyabrın 15-nə olan məlumata əsasən, ümumi təhsil müəssisələrində 4 minə yaxın şagird təhsil alacaq. Oktyabr, noyabr və dekabr aylarında da köç proqramına uyğun olaraq yeni məktəblərin fəaliyyətə başlaması nəzərdə tutulur.

“Bununla da 29 ümumi təhsil müəssisəsində təhsilimiz davam edəcək. Yəni bütün işğaldan azad olunmuş bölgələri əhatə etməklə”, – nazir deyib.

Nazir son illərdə 1,5 milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını bildirib: “Son 25 ildə 4 minədək məktəb binası tikilib. Bu il ərzində 600-dək məktəbdə təmir işləri aparılıb. 37 yeni tədris ilində fəaliyyətə başlayan müəssisə var. 41 müəssisədə təmir-tikinti işləri davam etdirilir. 125 müəssisədə layihələndirmə aparılır".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər