Menyu

Bu il 500 nəfər Dövlət Proqramı ilə xaricdə təhsil alacaq

Şəfa Hüseynli
Bu il 500 nəfər Dövlət Proqramı ilə xaricdə təhsil alacaq

Bu il 500 nəfər xaricdə təhsil alacaq.

Operativ Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilmiş mətbuat konfransında bildirib.

Xaricdə təhsilə dair Dövlət Proqramı üzrə bu il 500 gənc təhsil alacaq, onlardan 155-i dünyanın ən nüfuzlu 10 universitetində oxuyacaq. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində indiyədək 2 252 nəfər təhsil almaq hüququ qazanıb.

Cari ildə isə 500 nəfər proqram çərçivəsində qəbul olub və onların 155 nəfəri dünyanın ən nüfuzlu Top-10 universitetində təhsil alacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər