Menyu

Erlinq Holann Mançester derbilərində rekord qırıb

Operativ Media
Erlinq Holann Mançester derbilərində rekord qırıb
1 dəq oxu

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında keçirilən Mançester derbilərində ən çox qol vuran futbolçu olub.

Operativ Media "Prime Video Sport UK"ya istinadən xəbər verir ki, norveçli forvard “Mançester Yunayted”ə qarşı oyunlarda ümumilikdə 9 qol vurub. Holann bu göstəriciyə cəmi 8 matçda çatıb.

Bununla da o, Mançester derbilərində 8 qolla fərqlənən Ueyn Runi və Serxio Aquero da daxil olmaqla, digər futbolçuları geridə qoyub.

Qeyd edək ki, siyahıda 7 qolla Erik Kantona və Fil Foden, 5 qolla isə Entoni Marsial, Markus Reşford və Pol Skoulz yer alır.

Əlaqəli Xəbərlər