“Liverpul”, “Bavariya” və “Real” Vanner ilə maraqlanır
“Liverpul”, “Bavariya” və “Real Madrid” PSV-nin yarımmüdafiəçisi Paul Vannerin transferində maraqlıdır.
Operativ Media xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb. Məlumata görə, 20 yaşlı avstriyalının keçidi qış transfer pəncərəsində baş tuta bilər.
Vanner futbolçu karyerasına “Bavariya”da başlayıb. O, Münhen klubunun əsas komandasında bütün turnirlər nəzərə alınmaqla 8 oyunda iştirak edib. Futbolçu daha sonra “Elfersberq” və “Haydenhaym” klublarında icarə əsasında çıxış edib. “Bavariya”nın oyunçunu geri qaytarmaq hüququnun olduğu bildirilir.
PSV Vannerin transferindən 50-55 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Avstriyalı yarımmüdafiəçi 2025-ci ilin yayında PSV-yə birdəfəlik transfer olunub. O, ötən mövsümdə komandanın əsas futbolçularından birinə çevrilərək Niderland çempionluğunu qazanıb.
Vanner 2025/26 mövsümündə PSV-nin heyətində 32 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Futbolçunun Niderland klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədədir.
“Transfermarkt” Avstriya millisinin üzvünün transfer dəyərini 22 milyon avro qiymətləndirir.
dəqiqələr içində saytın olsun.