Messi "İnter Mayami"də 100-cü qolunu vurub
Operativ Media
Lionel Messi “İnter Mayami”nin “Kruz Asul”la Kampeones Kubokunun finalında 100-cü qolunu vurub.
Operativ Media xəbər verir ki, argentinalı hücumçu 24-cü dəqiqədə Luis Suaresin ötürməsindən sonra fərqlənərək ABŞ klubunun hesabını açıb.
39 yaşlı futbolçu bununla “İnter Mayami”nin heyətində 115-ci matçında 100-cü qoluna imza atıb.
Messinin peşəkar karyerasında vurduğu qolların sayı 929-a çatıb. Onlardan 795-i klub, 125-i isə milli komanda səviyyəsində qeydə alınıb. Argentinalı bu göstəriciyə 1175 oyunda çatıb.
Messi “Barselona”da 778 matçda 672, PSJ-də isə 75 qarşılaşmada 32 qol vurub.
Argentina millisində 207 oyun keçirən futbolçunun milli komanda formasında 125 qolu var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net