Menyu

Avropa Liqası: "Benfika" "Milan"ı, "Lion" "Anderlext"i məğlub edib

Operativ Media
Avropa Liqası: "Benfika" "Milan"ı, "Lion" "Anderlext"i məğlub edib

UEFA Avropa Liqasında əsas mərhələnin I turunun oyunları keçirilib.

Operativ Media xəbər verir ki, günün sürpriz nəticələrindən biri Milanda qeydə alınıb. “Benfika” səfərdə “Milan”ı 2:0 hesabı ilə üstələyib. Kiprin “Omoniya” klubu isə evdə İspaniya “Selta”sını 1:0 hesabı ilə məğlub edib. ”

Günün digər görüşlərində “Sparta” (Praqa) səfərdə “Ararat-Armeniya”nı 4:1, “Bayer” (Leverkuzen) isə “Selye”ni 2:0 hesabı ilə keçib. “Lion” səfərdə “Anderlext”ə 2:1, “Olimpiakos” evdə “Yagelloniya”ya 2:1, “Sanderlend” isə AZ-a 1:0 hesabı ilə qalib gəlib. “Hapoel” (Beer-Şeva) – “Dinamo” (Zaqreb) və “Şturm” (Qrats) – “Renn” matçlarında isə qol vurulmayıb (0:0).

Qeydə alınan nəticələr:

UEFA Avropa Liqası

I tur

Ararat-Armeniya – Sparta (Praqa) 1:4

Qollar: Bruno Vilson, 55 – Tobias Kvalvaqnes Quddal, 20, 22, Con Merkado, 53, Patrik Vıdra, 71

Omoniya (Nikosiya) – Selta (Viqo) 1:0

Qol: Yure Balkovets, 88

Milan – Benfika 0:2

Qollar: Dodi Lukebakio, 16, Yakub Kaminski, 53

Bayer (Leverkuzen) – Selye 2:0

Qollar: Svit Seşlar, 15 (avtoqol), Fakundo Medina, 74

Hapoel (Beer-Şeva) – Dinamo (Zaqreb) 0:0

Olimpiakos – Yagelloniya 2:1

Qollar: Armando Qonsales, 43, Roman Yaremçuk, 84 – Kayetan Şmit, 20

Anderlext – Lion 1:2

Qollar: Mixaylo Tsvetkoviç, 61 – Noa Nartey, 8, Keito Nakamura, 22

Şturm (Qrats) – Renn 0:0

Sanderlend – AZ 1:0

Qol: Enso Le Fe, 66 (pen.)

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər