Menyu

20 Sentyabr milli iradənin və dövlətçilik əzminin rəmzidir – Pərvanə Vəliyeva

Operativ Media
20 Sentyabr milli iradənin və dövlətçilik əzminin rəmzidir – Pərvanə Vəliyeva

20 Sentyabr Azərbaycan xalqının milli iradəsini, dövlətçilik əzmini və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq prosesini ifadə edən mühüm tarixi gündür.

Operativ Media xəbər verir ki, bunu deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilib.

Deputat qeyd edib ki, 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində dövlət suverenliyi tam bərpa olunub:

“2023-cü il sentyabrın 20-si dövlət suverenliyinin tam bərpa edildiyi tarix kimi ölkənin müasir siyasi tarixində mühüm yer tutdu. Sonrakı mərhələdə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yarandı”.

Pərvanə Vəliyevanın sözlərinə görə, Xankəndidə sosial, təhsil və digər infrastrukturların bərpasına diqqət yetirilir. O, Qarabağ Universitetinin fəaliyyətə başlamasını şəhərin inkişafında təhsil və insan kapitalının rolunu artıran amillərdən biri kimi qeyd edib.

Deputat Xocalıda da yeni mərhələnin başladığını vurğulayıb. Onun sözlərinə görə, 2024-cü il mayın 28-dən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı başlanıb, şəhərdə yaşayış və sosial infrastrukturun bərpası istiqamətində işlər aparılır.

Pərvanə Vəliyeva Xocavəndin də bərpa və quruculuq prosesinin əhatəsində olduğunu bildirib. O qeyd edib ki, 2025-ci il sentyabrın 11-dən Xocavənd rayonuna keçmiş məcburi köçkünlərin qayıdışına başlanıb.

Ağdərə ilə bağlı yeni inzibati və quruculuq mərhələsinin başladığını deyən deputat şəhərin və rayonun müasir standartlara uyğun yenidən qurulmasının əsas məqsədlərdən biri olduğunu bildirib.

Pərvanə Vəliyeva 20 Sentyabrın Böyük Qayıdış prosesi baxımından da əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri, yollar, enerji və kommunikasiya infrastrukturu yaradılır.

“Xocalı, Xocavənd və digər ərazilərə qayıdışın başlanması tarixi baxımdan mühüm hadisə olmaqla yanaşı, bölgənin sosial və iqtisadi həyatının yenidən canlandırılmasına xidmət edir”, - deyə deputat əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər