Menyu

Qüdrət Həsənquliyev: Korrupsiya iqtisadi inkişafın qarşısında böyük maneəyə çevrilib

Operativ Media
Qüdrət Həsənquliyev: Korrupsiya iqtisadi inkişafın qarşısında böyük maneəyə çevrilib
1 dəq oxu

“Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında qanun layihəsi çox vacib və önəmli sənəddir. Ölkəmizdə vaxtilə kök salmış bəzi stereotipləri dağıtmaq lazımdır. Nəzərə almalıyıq ki, korrupsiya biznes mühitinin çorbuyu, ölkənin sürətli iqtisadi inkişafının qarşısında böyük bir maneəyə çevrilib. O baxımdan bu layihənin indi təqdim olunması çox təqdirəlayiqdir”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Qüdrət Həsənquliyev parlamentdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, sovet dövründən cəmiyyətdə dövlət əmlakının mənimsənilməsi və bu barədə məlumat verən şəxslərlə bağlı müəyyən stereotiplər formalaşıb. Onun sözlərinə görə, həmin dövrdə dövlət əmlakının oğurlanması barədə məlumat verən şəxslər “işverən” adlandırılırdı.

Qüdrət Həsənquliyev qeyd edib ki, insanlar öz adları ilə bu barədə məlumat verməkdən çəkinir, bəzən isə anonim müraciətlər edirdilər.

“İndi o stereotipləri dağıtmaq lazımdır. Nəzərə almalıyıq ki, korrupsiya biznes mühitinin çorbuyu, ölkənin sürətli iqtisadi inkişafının qarşısında böyük bir maneəyə çevrilib”, – deyə deputat vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər