Menyu

Kənd yumurtasının qiyməti 40 qəpiyə yüksəlib - VİDEO

Nicat Hüseynli
Kənd yumurtasının qiyməti 40 qəpiyə yüksəlib - VİDEO
1 dəq oxu

Azərbaycanda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, satıcılar bahalaşmanın son bir ayda müşahidə olunduğunu və əsas səbəblərdən birinin kənd toyuqlarının yumurta istehsalının azalması olduğunu bildiriblər.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənlinin sözlərinə görə, payız və qış aylarında yumurta istehsalının azalması, tələbatın isə yüksək qalması qiymətlərin artmasına səbəb olur. O, soyuq aylarda qiymətlərin daha da yüksələ biləcəyini istisna etməyib.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər