ADY-nin sərnişin daşımaları artıb
Operativ Media
1 dəq oxu
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb.
ADY-dən Operativ Media-ya bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.
Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18 % artım), rayonlararası marşrutlarla 433 min (17 % artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 75 500-dən çox sərnişin səfər edib.
Bu ilin sentyabr ayında ümumi sərnişindaşımada 24 % artım qeydə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu