Menyu

Ömürlük məhkumların saxlanıldığı müəssisələrə kimlər girə bilər? – SİYAHI

Xəbərlər redaksiyası
Ömürlük məhkumların saxlanıldığı müəssisələrə kimlər girə bilər? – SİYAHI
2 dəq oxu

Azərbaycanda ömürlük və müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı cəzaçəkmə müəssisələrinə yalnız müəyyən kateqoriya şəxslər daxil ola bilərlər.

Operativ Media xəbər verir ki, cəzaçəkmə müəssisələrində buraxılış rejiminə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının hərbi qulluqçuları nəzarət edir. Müəssisəyə daxil olan hər bir şəxs və işçi heyəti müəyyən edilmiş buraxılış rejiminə riayət etməlidir.

Ədliyyə naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri və müavini, Ədliyyə Nazirliyinin, Cəzaların icrasına nəzarət və Tibb baş idarələrinin müəyyən rəhbər heyəti və əməkdaşları, həmçinin Penitensiar xidmətin müəyyən rəhbər şəxsləri xidməti vəsiqələrini təqdim etməklə müəssisələrə maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən daxil ola bilərlər.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri də istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq edilmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə daxil ola bilərlər.

Ədliyyə Nazirliyinin aparatının və tabeliyindəki digər qurumların işçiləri isə nazir tərəfindən səlahiyyət verilmiş nazir müavininin imzaladığı müddətli buraxılış vərəqəsi və xidməti vəsiqə ilə müəssisəyə buraxılırlar. Penitensiar xidmətin aparat əməkdaşları da xidmət rəhbərliyinin verdiyi buraxılış vərəqəsi və xidməti vəsiqə əsasında daxil ola bilərlər.

Cəzaçəkmə müəssisələrinin rəisləri və rəis müavinləri xidməti vəsiqələrini təqdim etməklə işlədikləri müəssisələrə daxil ola bilirlər. Şöbə rəisləri, digər əməkdaşlar və mülki işçilər isə müvafiq buraxılış vərəqəsi ilə birlikdə xidməti vəsiqələrini təqdim etməlidirlər.

İşgəncələrə qarşı Avropa Komitəsinin üzvləri Ədliyyə Nazirliyi rəhbərliyinin yazılı icazəsi və şəxsiyyəti təsdiq edən sənədlə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri isə Ədliyyə Nazirliyinin məktubu əsasında verilmiş buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədlə müəssisələrə daxil ola bilərlər.

Milli Məclisin rəhbərliyi və ya komissiya sədrləri tərəfindən müvəkkil edilmiş deputatlar da müvafiq müvəkkil olunma sənədi və deputat vəsiqəsini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılırlar.

İstintaq və digər prosessual hərəkətləri həyata keçirən təhqiqatçılar və müstəntiqlər, məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlər, həmçinin təhqiqata və ibtidai istintaqa prosessual rəhbərlik edən prokurorlar müvafiq qurumların rəhbərliyi tərəfindən verilmiş məktublar əsasında xidməti vəsiqələrini təqdim etməklə müəssisələrə daxil ola bilirlər.

Vəkillər və hüquqi yardım göstərmək hüququna malik digər şəxslər isə bu hüquqlarını təsdiq edən sənədlə yanaşı şəxsiyyət vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə daxil ola bilərlər.

Media subyektlərinin, dövlət qeydiyyatından keçmiş dini qurumların, hüquq müdafiə və digər ictimai təşkilatların nümayəndələrinin müəssisələrə daxil olması üçün Ədliyyə Nazirliyi rəhbərliyinin yazılı icazəsi tələb olunur. Onlar şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər.

Xarici dövlətlərin Azərbaycandakı diplomatik və konsulluq nümayəndəliklərinin, həmçinin əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik məhkumlara himayədarlıq edən milli və beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri də Ədliyyə Nazirliyi rəhbərliyinin yazılı icazəsi əsasında müəssisəyə buraxıla bilərlər.

Bundan başqa, məhkumların islahında ictimaiyyətin iştirakını və cəzaçəkmə müəssisələrinin fəaliyyətinə ictimai nəzarəti təmin etmək məqsədilə yaradılmış İctimai Şuranın üzvləri də müddətli buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsini təqdim etməklə müəssisələrə daxil ola bilirlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər