Menyu

Evdəki mülklər ər və arvad arasında necə bölünür? - İZAH

Xəbərlər redaksiyası
Evdəki mülklər ər və arvad arasında necə bölünür? - İZAH
1 dəq oxu

Azərbaycanda nikah dövründə ər-arvadın əldə etdiyi əmlakın kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, bir sıra hallarda ümumi birgə mülkiyyət hesab olunur və hər iki tərəfin həmin əmlak üzərində hüququ yaranır.

Operativ Media xəbər verir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Ümumi birgə mülkiyyətə ər-arvadın əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödənişləri daxildir. Buraya xəsarət və ya sağlamlığın digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğlər və maddi yardım da aid edilir.

Nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə etdiyi daşınar və daşınmaz əşyalar da ümumi birgə mülkiyyət sayılır.

Eyni qayda qiymətli kağızlara, kredit təşkilatlarına və digər kommersiya təşkilatlarına qoyulmuş paylara, əmanətlərə, kapitaldan olan paylara və nikah dövründə əldə edilmiş digər əmlaka da şamil olunur.

Bu əmlakların ər-arvadın hansının adına rəsmiləşdirilməsinin və ya əmanətin kimin adına və kim tərəfindən qoyulmasının əhəmiyyəti yoxdur.

Maraqlı məqam ondan ibarətdir ki, nikah dövründə ev təsərrüfatı ilə məşğul olduğuna, uşaqlara qulluq etdiyinə və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər və ya arvad da ümumi əmlak üzərində hüquqa malikdir.

Digər tərəfdən, nikah dövründə ər-arvadın hər birinə məxsus əmlakın dəyəri ümumi əmlakın, digər tərəfin və ya ər-arvaddan hər hansı birinin əməyi hesabına əhəmiyyətli dərəcədə artırılıbsa, həmin əmlak birgə mülkiyyət sayıla bilər.

Belə vəziyyət əsaslı təmir, yenidən quraşdırma, avadanlığın dəyişdirilməsi və əmlakın dəyərini xeyli artıran digər vəsait qoyuluşları zamanı yarana bilər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər