Menyu

Ceyhun Məmmədov: Məktəblərdə dünyəvilik prinsipi qorunmalıdır

Operativ Media
Ceyhun Məmmədov: Məktəblərdə dünyəvilik prinsipi qorunmalıdır
1 dəq oxu

“Məktəblərdə vahid geyim formasının tətbiqində əsas məqsəd dünyəvilik prinsipinin qorunması, həm təhsilalanların, həm də təhsilverənlərin məktəbə aidliyinin təmin edilməsi və onlar arasında mövcud fərqlərin aradan qaldırılmasıdır”.

Operativ Media  xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan digər ölkələrlə müqayisədə qızlara ən çox hüquq verən ölkələrdən biridir.

“Azərbaycan xalqı böyük bir inkişaf yolu keçibdir və bu inkişaf yolu da bizim qızlarımızın inkişafına öz təsirini göstərir”, – deyə C.Məmmədov vurğulayıb.

Əlaqəli Xəbərlər