Menyu

Şölət Zeynalov: Məktəblərdə vahid forma sosial bərabərliyə xidmət edir

Operativ Media
Şölət Zeynalov: Məktəblərdə vahid forma sosial bərabərliyə xidmət edir
1 dəq oxu

Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin təmin olunmasına, dünyəvilik prinsipinin qorunmasına və təhsil mühitində ümumi qaydaların formalaşmasına xidmət edir.

Operativ Media xəbər verir ki, bunu Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov bildirib.

O qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və dövlətin müəyyən etdiyi qayda və qanunlara bütün vətəndaşlar əməl etməlidir. Onun fikrincə, bu yanaşma fərqli dini dünyagörüşünə malik insanlara da eyni şəkildə şamil olunur.

“Dövlətin tətbiq etdiyi qaydalar və qanunlara əməl etmək hər bir vətəndaşın borcudur. Bu, eyni zamanda müxtəlif dini dünyagörüşə mənsub olan insanlara da eyni formada tətbiq olunur”, – deyə Ş.Zeynalov vurğulayıb.

Ş.Zeynalov vurğulayıb ki, vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin azalmasına və onların ümumi təhsil mühitində bir araya gəlməsinə kömək edir.

O, məktəbli geyimi ilə bağlı mövcud müzakirələrdə dialoq və maarifləndirmənin vacibliyini də qeyd edib.

Alimin fikrincə, qaydaların tətbiqi zamanı yaranan narazılıqlar qarşılıqlı ünsiyyət və izahat işi vasitəsilə həll edilməlidir.

Əlaqəli Xəbərlər