Menyu

Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsini ratifikasiya etmək niyyətindədir

Şəfa Hüseynli
Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsini ratifikasiya etmək niyyətindədir
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi imzalamağı və təsdiqləməyi qarşısına məqsəd qoyduğunu bildirib.

Operativ Media xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Azərbaycanla sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi mənim gündəliyimin ön sıralarındadır. Məncə, bu, Ermənistan üçün mühüm bir mərhələni başa vuracaq və yeni məzmunla bir mərhələni açacaq. Mən özüm üçün konkret bir məqsəd qoymuşam: 2031-ci ilə qədər bu məqsədə çatmaq”, - deyə Ermənistanın baş naziri hökumət iclasında bildirib.

O, həmçinin bu məqsədə çatmaq üçün bütün ilkin şərtləri gördüyünü vurğulayıb.

Əlaqəli Xəbərlər