Menyu

Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 8,7% artacaq

Operativ Media
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 8,7% artacaq
1 dəq oxu

Gələn il Azərbaycanda nominal orta aylıq əməkhaqqının 8,7 faiz artaraq 1288,30 manata çatacağı proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə məlumat 2027-ci il üzrə Büdcə Zərfində əksini tapıb.

Büdcə zərfinə əsasən, nominal orta aylıq əməkhaqqının 2026-cı ildə 1185,5 manat, 2027-ci ildə isə 1288,30 manat olacağı gözlənilir. Beləliklə, gələn il bu göstəricinin cari illə müqayisədə 8,7 faiz artacağı nəzərdə tutulur.

Sənəddə qeyd olunur ki, əhaliyə ödənişlər üzrə xərclər də artımla proqnozlaşdırılıb. Belə ki, bu xərclərin cari ilin proqnoz göstəricisi ilə müqayisədə 9,2 faiz, gözlənilən icra göstəricisi ilə müqayisədə isə 10,9 faiz artırılması nəzərdə tutulub.

Əlaqəli Xəbərlər