Menyu

9 ayda dövlət büdcəsinə vergi daxilolmaları 16 milyard manatı ötüb

Operativ Media
9 ayda dövlət büdcəsinə vergi daxilolmaları 16 milyard manatı ötüb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 65,2 milyon manat vergi daxil olub.

Operativ Media dövlət xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 %, proqnozdan isə 8,6 % çoxdur.

10 aylıq vergi daxilolmalarının 11 milyard 776,4 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,1 %, proqnozdan isə 2,6 % çoxdur.

Əlaqəli Xəbərlər