Menyu

“Bavariya” Keynlə yeni müqavilə imzalayıb

Operativ Media
“Bavariya” Keynlə yeni müqavilə imzalayıb
1 dəq oxu

“Bavariya”nın hücumçusu Harri Keyn yeni müqavilə imzaladıqdan sonra Avropanın ən yüksək məvacibli futbolçusuna çevrilib.

Operativ Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Münhen təmsilçisi noyabrın 5-də 33 yaşlı ingiltərəli forvardla 2029-cu il iyunun 30-dək qüvvədə olacaq yeni müqavilə imzaladığını açıqlayıb.

Mənbənin məlumatına görə, yeni razılaşma Keyni Avropada əsas əməkhaqqı baxımından ən çox qazanan futbolçu edib. Bununla belə, bəzi oyunçuların bonuslar hesabına daha yüksək gəlir əldə edə biləcəyi ehtimal olunur. Müqavilənin maliyyə detalları açıqlanmayıb.

Keyn 2023-cü ildən “Bavariya”da çıxış edir. O, komanda ilə iki dəfə Almaniya çempionu olub. Hücumçu 2026-cı ildə “Qızıl top” mükafatına da sahib çıxıb.

“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər