Menyu

Gəncədə Zəfər Günü münasibətilə veloyürüş keçirilib

Operativ Media
Gəncədə Zəfər Günü münasibətilə veloyürüş keçirilib
1 dəq oxu

8 Noyabr - Zəfər Günü münasibətilə Gəncədə, Heydər Əliyev Park-Kompleksində Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.

AZVİF-dən Operativ Media-ya verilən məlumata görə, startdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ROEQİUGVM-nin Gəncə bölməsinin idmançıları, tələbə və könüllülərin iştirak etdiyi veloyürüş Zəfər Tağının qarşısında start götürüb və orada da yekunlaşıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Əlaqəli Xəbərlər