Menyu

Avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb

Operativ Media
Avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
1 dəq oxu

Bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb.

Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.

Əlaqəli Xəbərlər