Menyu

2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat olacaq

Operativ Media
2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat olacaq
1 dəq oxu

2027-ci ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat proqnozlaşdırılır. Bu, dövlət büdcəsi xərclərinin 20,8 faizini təşkil edəcək.

Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dörd komitəsinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, bu xərclər 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 748 milyon manat artacaq. 2023–2027-ci illər ərzində isə müdafiə və milli təhlükəsizlik xərclərində 3 milyard manatlıq və ya təxminən 50 faizlik artım nəzərdə tutulur.

Əlaqəli Xəbərlər