Menyu

İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verib

Operativ Media
İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verib
1 dəq oxu

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti xanım İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli xanım Prezident,

Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm."

Əlaqəli Xəbərlər