Coy-Lens Mikels: “Barselona”ya qol vurmaq mənim üçün xüsusi hissdir
"Barselona"ya qol vurmaq mənim üçün xüsusi hiss idi. İkinci dəfə fərqlənmək imkanım da oldu, lakin bundan yararlana bilmədim.
Operativ Media xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Sabah”ın futbolçusu Coy-Lens Mikels jurnalistlərə açıqlamasında deyib.
O, qarşılaşmanın çətin keçdiyini, lakin “Barselona” kimi komandanı Bakıda qəbul etməyin böyük şərəf olduğunu bildirib:
"İlk hissədə topa çox sahib olmasaq da, üç real qol imkanımız yarandı. Bir qədər bəxtimiz gətirsəydi, iki dəfə fərqlənə bilərdik. Buna baxmayaraq, belə güclü rəqibə qarşı fasiləyə 0:1 hesabı ilə yollanmaq pis nəticə deyildi.
İkinci hissənin əvvəlində qısa müddət ərzində iki qol buraxdıq. Bu hesabdan sonra "Barselona" ilə oyunda geri dönüş etmək çox çətindir. Hücumlarda daha fəal olmaq üçün irəli atıldıq, rəqib isə yaranan boşluqlardan məharətlə istifadə etdi və daha dörd qol vurdu”.
Mikels "Barselona"dan xal almaq üçün daha yaxşı çıxış etməli olduqlarını vurğulayıb:
"Futbolçu olaraq hər matça qələbə məqsədilə çıxırıq. Belə güclü rəqiblərə qarşı müsbət nəticə əldə etmək üçün səviyyəmizi yüksəltməli və ən yaxşı oyunumuzu göstərməliyik. Ümid edirik ki, "Vilyarreal"la səfər qarşılaşmasında yaxşı oynayaraq xal qazana biləcəyik".