Menyu

Elməddin Quluyev: 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb

Nicat Hüseynli
Elməddin Quluyev: 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
1 dəq oxu

Azərbaycanda qeyri-qida istehlak mallarının 34 kateqoriyası üzrə milli texniki reqlamentlər hazırlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin media nümayəndələri üçün təşkil etdiyi “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda tədbirdə Agentliyin Texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev məlumat verib.

Reqlamentlərin əhatə etdiyi məhsullar sırasına maşın və avadanlıqlar, oyuncaqlar, uşaq məhsulları, mebel, yanacaqlar, elektrik və elektronika avadanlıqları, liftlər, partlayıcı və pirotexniki məmulatlar daxildir.

Siyahıya, həmçinin tikinti və yol-tikinti materialları, qablaşdırma vasitələri, fərdi mühafizə vasitələri, məişət kimyası malları, parfümeriya və kosmetika məhsulları, kənd təsərrüfatı texnikası və digər qeyri-qida malları aid edilib.

Əlaqəli Xəbərlər