Menyu

Valdas Dambrauskas Litvanın xüsusi mükafatına layiq görülüb

Operativ Media
Valdas Dambrauskas Litvanın xüsusi mükafatına layiq görülüb
1 dəq oxu

“Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas Litvanın “Diplomatiya Ulduzu” mükafatı ilə təltif olunub.

Operativ Media xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris “X” sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, bəzən diplomatiya qapalı görüşlər və müqavilələrlə məhdudlaşmır, futbol vasitəsilə də ölkənin tanıdılmasına xidmət edir.

Kestutis Budris Valdas Dambrauskasın Çempionlar Liqasına komanda çıxaran ilk litvalı baş məşqçi olduğunu vurğulayıb. O, mütəxəssisə fədakarlığına, zəhmətinə və Litvanın dünya futbol ictimaiyyətində tanıdılmasına verdiyi töhfəyə görə təşəkkür edib.

Əlaqəli Xəbərlər