Menyu

Rəhman Daşdəmirov: "Barselona" kiçik səhvlərdən belə maksimum yararlanmağı bacarır

Operativ Media
Rəhman Daşdəmirov: "Barselona" kiçik səhvlərdən belə maksimum yararlanmağı bacarır
1 dəq oxu

"İlk hissədə yaxşı oyun nümayiş etdirdik. Lakin rəqibin "Barselona" olduğunu nəzərə almalıyıq. Onlar ən kiçik səhvlərdən belə maksimum yararlanmağı bacarırlar".

Operativ Media xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda "Barselona"ya 1:4 hesabı ilə məğlub olan “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov jurnalistlərə açıqlamasında deyib.

O, qarşılaşmanın çətin keçəcəyinin əvvəlcədən bəlli olduğunu, buna baxmayaraq, komandanın yaxşı imkanlar əldə etdiyini bildirib:

"Stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Möhtəşəm atmosfer yaratmışdılar. İlk hissədə yaxşı oynadıq. Ancaq ikinci hissənin əvvəlində sadə səhvimizdən qol buraxdıq. Bu, gözlədiyimiz hal deyildi. Rəqibin belə səhvləri bağışlamadığını bilirik. Onlar yaranan imkanlardan maksimum istifadə edə bilirlər".

Futbolçu şəxsi olaraq həyəcan yaşamadığını və matçın onun üçün yaddaqalan olduğunu söyləyib:

"Mən özüm heç bir həyəcan hiss etmirdim. Yaddaqalan oyun oldu. Qarşıdakı görüşlərə hazırlaşaraq mümkün olan ən yaxşı nəticələri əldə etməyə çalışacağıq".

Əlaqəli Xəbərlər