Menyu

Putin: Xəzər dənizinin səviyyəsinin azalması bütün sahilyanı ölkələri narahat edir

Operativ Media
Putin: Xəzər dənizinin səviyyəsinin azalması bütün sahilyanı ölkələri narahat edir
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizində su səviyyəsinin aşağı düşməsinin region ölkələri üçün ciddi narahatlıq yaratdığını bildirib.

Operativ Media xəbər verir ki, Putin bu barədə “Süni intellekt dünyasına səyahət” konfransı çərçivəsində məktəblilər və tələbələrlə görüşündə danışıb.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsi müxtəlif dövrlərdə gah yüksəlir, gah da azalır. Hazırda isə dənizdə suyun səviyyəsi aşağı düşməkdə davam edir.

“Xəzər dənizinin səviyyəsi bəzən enir, bəzən qalxır. İndi daha da aşağı düşür. Bu, Xəzər regionundakı bütün ölkələr üçün narahatlıq doğurur”, – deyə Putin qeyd edib.

Rusiya lideri qurumaqda olan Aral dənizinə də diqqət çəkib. O bildirib ki, dənizdə suyun geri qayıtması prosesi olduqca yavaş gedir.

Putin həm Xəzər, həm də Aral dənizində baş verən dəyişikliklərin araşdırılmasını müasir tədqiqatçıların qarşısında duran mühüm qlobal vəzifələrdən biri kimi qiymətləndirib.

Əlaqəli Xəbərlər