http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq edənlər saxlanılıblar

18 May 2023 , 09:02
Göyçayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq edənlər saxlanılıblar

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər rayon sakini- əvvəllər məhkum olunmuş Elçin Məmmədov, İlham Abdullayev və Malik İsgəndərov saxlanılıb. Sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla aldıqları müəyyən edilib. Tanışlar birlikdə Malik İsgəndərova məxsus avtomobillə Bakı şəhərinə gedərək onlara əvvəlcədən göndərilən ərazidən narkotik vasitəni və psixotrop maddəni götürüb geri qayıdarkən Göyçayda polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində isə üzərində narkotik daşımaqda şübhəli bilinən Natiq Abdullayev və əvvəllər də analoji əməllərinə görə məhkum olunmuş Bəhruz Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı N.Abdullayevdən heroin, B.Məmmədovdan isə marixuana və yaşadığı evin həyətyanı sahəsindəki istixanadan çətənə kolu aşkarlanıb.  

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının  keçirdikləri istintaq- əməliyyat tədbirləri nəticəsində rayonun Yalman kəndində yerləşən firmadan dəyəri 30 min manat olan qurğunu oğurlayan keçmiş məhkum Kənan Şəfizadə və fərdi yaşayış evindən məişət əşyaları oğurlayan Anar İsmayılov saxlanılıblar.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu