Menyu

İran Azərbaycanla turizm əlaqələrini genişləndirmək üçün danışıqlar aparır

Operativ Media
İran Azərbaycanla turizm əlaqələrini genişləndirmək üçün danışıqlar aparır
1 dəq oxu

İran Azərbaycan, Tacikistan və Pakistanla turizm sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparıb.

Operativ Media xəbər verir ki, bu barədə İranın mədəni irs, turizm və xalq sənətləri naziri Seyid Rza Salehi-Əmiri Daşkənddə keçirilən Beynəlxalq Turizm Sammiti çərçivəsində bildirib.

Nazir Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə də görüşüb.

Tərəflər turizm sahəsində birgə imkanları, yeni əməkdaşlıq istiqamətlərini və turizm əlaqələrinin asanlaşdırılmasını müzakirə ediblər.

Görüşlərdə iki ölkə arasında turizm əlaqələrinin inkişafı, müvafiq qurumlar və turizm sektoru nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri də nəzərdən keçirilib.

Əlaqəli Xəbərlər