Bakıda turizm sərgisi keçiriləcək
Redaksiya
Bu ilin mayın 19-u, 20-i və 21-də "Park Bulvar" Ticarət Mərkəzində turizm sərgisi keçiriləcək.
"Operativ Media" xəbər verir ki, sərgi 3 gün olmaqla ticarət mərkəzinin birinci mərtəbəsində baş tutacaq.
Şirkət, tədbirin daha rəngarəng keçməsi üçün DJ və çəkiliş heyəti dəvət edib.
Qeyd edək ki, sərgi "Pr Company" tərəfindən təşkil edilir.
Xatırladaq ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təşkilatçılığı ilə mart ayında "Park Bulvar"da Azərbaycanda ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçirilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Müdafiə Sənayesi naziri Mədət Quliyev, deputatlar, QHT, media işçiləri, dövlət və özəl sektordan nümayəndələr iştirak edib.
Qeydiyyat üçün:
+994702372227
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net