18 May 2023, 15:41
“İnklüziv DOST” proqramına artıq 117 könüllü cəlb olunub
“İnklüziv DOST” proqramına artıq 117 könüllü cəlb olunub şəkil
“İnklüziv DOST” proqramına artıq 117 könüllü cəlb olunub

“Könüllü DOST” proqramının "İnklüziv DOST" altproqramı keçən ildən fəaliyyətə başlayıb və ötən dövrdə proqrama 1614 müraciət daxil olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, onlardan 117 nəfər DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində könüllük proqramında iştirak edib. Üç ay davam edən proqram üzrə hazırda 60-dək könüllü mərkəzdə fəaliyyət göstərir.

Onların bir hissəsi əlilliyi olan şəxslər və digər həssas qruplardan olanlardır və bu da proqramın inklüzivliyini göstərir.

"İnklüziv DOST" könüllüləri mərkəzdə həssas qruplara aid şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi işlərində, onlara müxtəlif fəaliyyət istiqamətləri üzrə təlim kurslarında dəstək göstərir.

Mərkəzdə könüllülərin seçimi zamanı sosial iş, psixologiya, məktəbəqədər təhsil, sosiologiya ixtisasları üzrə təhsil alan gənclərə üstünlük verilir. Həmin gənclər burada könüllük fəaliyyəti, həmçinin mərkəzin Sosial-Pedaqoji və Psixoloji Dəstək Departamentinin təlimlərində iştirak etməklə bilik və təcrübələrini də artırırlar.

Könüllülər göstərdikləri fəaliyyətin nəticəsinə uyğun olaraq sertifikat və diplomlarla təltif edilirlər.

Son xəbərlər
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?
Rusiya XİN: Nüvə savaşına yaxınlaşırıq