İstirahət günlərində (mayın 20-21-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Samur–Yalama Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 13-16° isti olacaq.
Altıağac Milli Parkında havanın əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkında hava sabit, əsasən yağmursuz keçəcək. Lakin mayın 21-də gecə və səhər arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 20-24° isti olacağı bildirilir.
Qızılağac Milli Parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin mayın 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-14°, gündüz 20-23° isti olacağı ehtimal edilir.
Göygöl Milli Parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8°, gündüz 12-14° isti olacağı ehtimalı var.
Şirvan Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 21-də gecə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-14°, gündüz 22-24° isti olacağı gözlənilir.
Hirkan Milli Parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin mayın 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14°, gündüz 20-23° isti olacaq.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.