Sahil Babayev Şəkidə vətəndaşları qəbul edib

Nərmin Qocamanlı
Sahil Babayev Şəkidə vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəki şəhərində Şəki və Qax rayonlarının sakinlərini qəbul edib.

ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmə, ünvanlı sosial yardım, mənzil və avtomobillə  təminat, əlillik,  reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub.  

Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. 

Vətəndaşlar  müraciətlərinə əsasən aktiv məşğulluq  proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün  qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı müvafiq mövzularda izahatlar verilib.

Qəbulda ikinci "Yüksəliş" müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Nərgiz Balakişiyeva da iştirak edib.

Şəkil Qalereyası

Sahil Babayev Şəkidə vətəndaşları qəbul edib - Şəkil 1
Sahil Babayev Şəkidə vətəndaşları qəbul edib - Şəkil 2
Sahil Babayev Şəkidə vətəndaşları qəbul edib - Şəkil 3
Sahil Babayev Şəkidə vətəndaşları qəbul edib - Şəkil 4
Sahil Babayev Şəkidə vətəndaşları qəbul edib - Şəkil 5

Digər xəbərlər