22 May 2023, 16:51
Göyçay rayon İcra Hakimiyyəti qazinin iddialarına aydınlıq gətirib
Göyçay rayon İcra Hakimiyyəti qazinin iddialarına aydınlıq gətirib şəkil
Göyçay rayon İcra Hakimiyyəti qazinin iddialarına aydınlıq gətirib

Göyçay şəhər sakini, vətən müharibəsi iştirakçısı Axundov Araz Azər oğlu dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul edilmiş və dinlənilmişdir.

Bu barədə "Operativ Media"ya Göyçay rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, vətən müharibəsi iştirakçısı müalicəsi üçün dərman vasitələrinin alınması, ərzaq yardımı edilməsi və maddi yardımla bağlı ayrı-ayrı vaxtlarda müraciət etmiş, müraciətləri nəzərə alınaraq ümumilikdə Rayon İcra Hakimiyyəti tərəfindən 1158 manat məbləğində ona maddi yardım edilmişdir.
2022-ci il tarixdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional bölməsinin Göyçay rayon xidməti şöbəsində “özünüməşğulluq” proqramına cəlb edilərək məşğulluğunu təmin etmək məqsədilə qapı və pəncərə düzəltmək üçün dəzgahla təmin olunmuş, lakin sonradan həmin dəzgahı özü satdığını etiraf etmişdir.
Həmçinin 18 may 2023-cü il tarixdə A.Axundov Rayon İcra Hakimiyyətinə yaxınlaşaraq Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən dərman vasitələri ilə təmin olunması üçün köməklik göstərilməsini bildirmiş və Xəstəxana tərəfindən ona lazımi köməkliyin olunacağı bildirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov barəsində səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir və böhtan xarakterlidir.

Son xəbərlər
İDF: Bütün İran pilotsuz təyyarələri İsrail sərhədləri xaricində məhv edilib
XİN ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb
Cüdo üzrə dünya çempionatının ilk günündə 3 Azərbaycan cüdoçusu mübarizə aparacaq
İsrail Hərbi Hava Qüvvələri Natanzdakı nüvə obyektini tamamilə dağıdılıb
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib
Misir hava limanlarını yüksək hazırlıq vəziyyətinə gətirilib
Cənubi Kipr Rum Administrasiyası ilə İsrail arasında uçuşlar dayandırılıb
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib