23 May 2023, 14:05
DYP moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib
DYP moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib şəkil
DYP moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib.

İdarəsinin rəsmisi polis mayoru Araz Əsgərli “Operativ Media“-ya bildirib ki, yaz mövsümü ilə əlaqədar havanın isti keçməsi bəzi moped və motosiklet idarə edən şəxslərin təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşmaqla xüsusən də motodəbilqədən müxtəlif bəhanələrlə istifadə etmədən idarəetmə halları çoxalıb:

“Əvvəla onu qeyd etməliyik ki, motodəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı yol nəqliyyat hadisəsi zamanı təhlükəsizliyin təmin olunması riskini artırır. Bu da ən ağır yol nəqliyyat hadisələrində geri dönüşü olmayan faciələrə yol açır. Bütün moped və motosiklet idarə edən sürücülərə, eləcə də onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığını biganə qalmamağı xahiş edirik”.

“Motodəbilqədən istifadə etməyən sürücüləri İnzibati Xətalar Məcəlləsinin 329.2-ci və 338.4.4-cü maddələrinə əsasən, 40 manat, sərnişinləri isə 338.3-cü maddəyə əsasən, 30 manat məbləğində cərimə olunmaqla məsuliyyətə cəlb edilməsi qanunla nəzərdə tutulur. Gündəlik həyat tərzimizdə hərəkət iştirakçısı kimi təhlükəsizlik mədəniyyətinin ən yüksək səviyyədə təbliğatının məhz məsuliyyətli davranış sərgiləməklə ətrafdakı insanlara nümunə olduğunu unutmamağı bir daha hər bir şəxsdən xahiş edirik!”, - DYP sərmisi vurğulayıb.

Son xəbərlər
AZAL daha bir neçə istiqamət üzrə reysləri ləğv edib
PSJ xüsusi formasını təqdim edib
İsrail Qərbi İranın şəhərlərinə zərbələr endirib
"Şamaxı" Cəlal Hüseynovu yola saldı
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiyinə dair məlumatlar həqiqətə uyğun deyil - AÇIQLAMA
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb