24 May 2023, 12:46
676
Bakıda hotelin qarşısında xuliqanlıq edən şəxslər saxlanılıb
Bakıda hotelin qarşısında xuliqanlıq edən şəxslər saxlanılıb şəkil
Bakıda hotelin qarşısında xuliqanlıq edən şəxslər saxlanılıb

Mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən otellərin birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, oteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər.  

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, Nurlan Əliyev "Operativ Media"nın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. 
Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır. 

Mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.

Son xəbərlər
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar
XİN: İƏT çərçivəsində Qərbi Azərbaycan İcması ilə bağlı ilk qətnamə qəbul olunub