Havaların isinməsi ilə bölgələrə səfər edənlərin sayında artım müşahidə edilir.
“Operativ Media”nın yerli turizm şirkətləri ilə apardığı sorğuya əsasən məlum olub ki, artım xüsusilə son 10 gündür ki, hiss olunur.
Hazırda ölkənin turizm potensialı yüksək olan bəzi bölgələrində 2 nəfərlik otağın 1 günlük qiyməti 50-250 manat arasında dəyişir. Turizm eksperti Elgün Babayevin sözlərinə görə, yayın gəlişi ilə əlaqədar bu qiymətlərin daha da artacağı gözlənilir. Əsas tələbatın olduğu Qəbələ, Şəki, Quba ,Qusar və cənub bölgəsində olan hotellərdə qarşıdakı günlərdə 20-30 faizlik qiymət artımının olacağı proqnozlaşdırılır.
Qərb bölgəsində xüsusilə paytaxtdan uzaq olan bölgələrdə isə bu artımın 10-15 faiz olacağı gözlənilir. Turizm şirkətlərinin nümayəndələri deyir ki, bahalaşmanın digər səbəbi xarici ölkələrə olan turların da qiymətinin artmasıdır. Belə ki, xüsusilə də Türkiyədəki hotellərdə qiymətlər bu il daha da artıb. Münasib qiymətə yer tapmaq üçün ən azı 6 ay öncədən otaq rezerv olunmalıdır. Elgün Babayevin sözlərinə görə, xarici ölkələrdəki hotellərdə də kəskin bahalaşma müşahidə olunur. Qiymətlərin iyun ayından etibarən artacağı isə istisna edilmir.
Bölgələrdə bu həftəsonu üçün olan qiymətlər isə belədir: