Qətər Dövlətinin zabitləri FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları ilə tanış olub

admin
Qətər Dövlətinin zabitləri FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları ilə tanış olub

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında kurs keçən Qətər Dövlətindən olan bir qrup zabit yanğınlarla mübarizə tədbirlərində istifadə edilən texnika və avadanılqlarla tanış olmaq məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin hissələrinə səfər ediblər.

"Operativ Media" xəbər verir ki,Xidmətin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 19 nömrəli Yanğından Mühafizə Hissəsinə baş çəkən zabitlər yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, lafet lüləsi vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi, yanğın yerinin işıqlandırılması, eyni zamanda digər köməkçi işlərin görülməsi üçün istifadə oluna biləcək yanğın texnikaları ilə tanış olublar.

Səbail rayon Yanğından Mühafizə Hissəsində çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, o cümlədən əlverişsiz şəraitdə və şəhərin dar küçələrində yanğınların daha operativ söndürülməsini təmin edə biləcək xüsusi təyinatlı yanğın texnikaları ilə tanışlıq olub.

Digər xəbərlər