https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 33 ° C

İntim görüntüsü yayılan FHN polkovnikinə hökm oxundu

24 May 2023 , 17:25
İntim görüntüsü yayılan FHN polkovnikinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Operativ Media"-nın məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü Z. Mirzəyev 1 il 6 ay dövlət orqanlarında vəzifə tutmaq qadağan olunmaqla 3 il 6 ay azadlıqdan məhrum edilib.

Qərara görə, həmçinin Z. Mirzəyevə qarşı zərərçəkmişin mülki iddiası təmin edilib. Z. Mirzəyevdən 4 min manat tutularaq zərərçəkmişə verilməsi təmin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.

OXŞAR XƏBƏRLƏR
Lənkəranda avtomobil yeniyetməni vurub

Lənkəranda avtomobil yeniyetməni vurub

Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

Sabah havanın necə olacağı açıqlanıb

Sabah havanın necə olacağı açıqlanıb

XƏBƏR LENTİ
  • 17:50

    Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesindən danışıblar
  • 17:25

    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
  • 17:07

    "Qalatasaray" Belçikadan hücumçu almaq istəyir
  • 17:01

    İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
  • 16:56

    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
  • 16:54

    Lənkəranda avtomobil yeniyetməni vurub
  • 16:46

    "Millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin nümunəsidir" – İsxak Hersoq
  • 16:46

    Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib
Menyu