https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

DİN Bərdədə polis əməkdaşları ilə sürücü arasında baş verən mübahisəni araşdırır

24 May 2023 , 18:03
DİN Bərdədə polis əməkdaşları ilə sürücü arasında baş verən mübahisəni araşdırır

Sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış "Qaz-24" markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort komputer geri alınıb. 
Araşdırmalar zamanı müəyyən edilib ki, bort komputeri polis əməkdaşının əlindan alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur. 

Araşdırmalar davam etdirilir. 

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

OXŞAR XƏBƏRLƏR
Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

XƏBƏR LENTİ
  • 09:29

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:25

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 08:59

    Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb
  • 08:32

    Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
  • 08:03

    Peruda ağcaqanadlarla mübarizə gücləndirilib
  • 07:45

    Ukrayna ordusu şərq cəbhəsində irəliləyir
  • 07:35

    Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib
  • 07:14

    Cənubi Koreyada eskalatorun tərsinə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb
Menyu