https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Bakıda nə qədər yarımçıq tikili bina var ?

25 May 2023 , 14:03
Bakıda nə qədər yarımçıq tikili bina var ?

Paytaxtda bəzi çoxmənzilli binaların tikinti prosesi illərdir bitmək bilmir.

Bakıda təxminən 50-dən çox çoxmənzilli binanın tikintisi yarımçıq qalıb.

"Operativ Media"ya açıqlama verən tikinti məsələləri üzrə ekspert Ramil Osmanlı yarımçıq tikili çoxmənzilli yaşayış binalarının problemlərindən danışıb.

Ekspertin sözlərinə görə bu tikililərin bəzilərində tikinti işləri ləng gedir, bəzilərində isə ümumiyyətlə illərdir iş dayanıb.

Ramil Osmanlı bildirir ki, tikintinin yarımçıq qalması sırf maliyyə problemi ilə bağlıdır.

"Sahibkar heç vaxt istəməz ki, iş uzansın. Bu ona əlavə xərc və qazanc itkisidir. Qiymət artımı, iqtisadi dalğalanma işin planını dəyişə bilər. Belə olan halda isə öncədən satış ilə ev alan müştərilərlə şirkət arasında mübahisələr yaranır" - deyə ekspert qeyd edib.

Uzun müddət yarımçıq qalan və sonradan tam inşa edilən binaların təhlükəsizliyi məsələsinə gəldikdə isə ,- "İstənilən halda tikinti yarımçıq qaldığı zaman binada fiziki aşınma daha sürətli olur. Nəticədə binanın dayanıqlılığında problemlər yarana bilər"-deyə ekspert əlavə edib.

Qeyd edək ki, yarımçıq tikililərlə bağlı qanunvericilikdə hər hansı icra mexanizmi müəyyənləşməyib.

OXŞAR XƏBƏRLƏR
Nazirlik "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya start verib

Nazirlik "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya start verib

Əmlakını sığortalamayanlar sabahdan cərimələnəcəklərmi?

Əmlakını sığortalamayanlar sabahdan cərimələnəcəklərmi?

Ad, ata adı və soyadın dəyişdirilməsinin qeydiyyatına alınması qaydası dəyişib

Ad, ata adı və soyadın dəyişdirilməsinin qeydiyyatına alınması qaydası dəyişib

XƏBƏR LENTİ
  • 08:28

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:20

    "Sevilya" Avropa Liqasının qalibi oldu
  • 07:09

    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
  • 07:06

    İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib
  • 07:04

    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
  • 06:49

    Səudiyyə Ərəbistanında qum fırtınası həyatı iflic edib
  • 06:47

    Dünyanın ən hündür zirvəsi zibilliyə dönüb
  • 06:45

    ABŞ-da Amazon şirkətinin işçiləri ixtisarlara və ekologiyaya dəymiş ziyana görə etiraz edib
Menyu