https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Bakıda niyə daha çox piyadaların vurulması ilə qəzalar baş verir?

25 May 2023 , 14:10
Bakıda niyə daha çox piyadaların vurulması ilə qəzalar baş verir?

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) müşahidə kameralarının görüntüləri əsasında paytaxt yollarında piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrini təhlil edib.

"Operativ Media" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Müşahidələr göstərib ki, Heydər Əliyev, Ziya Bünyadov, Babək və 8 Noyabr prospektlərində, eləcə də Yusif Səfərov və digər küçələrdə bəzi piyadalar yaxınlıqda yeraltı və yerüstü piyada keçidləri olmasına baxmayaraq, avtomobillərin intensiv hərəkət etdiyi yolun hərəkət hissəsindən keçməklə həyatlarını təhlükəyə atırlar.

Ölüm və xəsarətlə nəticələnən bu hadisələrin kökündə bəzən piyadaların öz həyatlarını heçə sayması, ani diqqətsizliyi və ya məsuliyyətsizliyi dayanır. Gedəcəyim ünvana daha tez çatım prinsipini əsas tutan belə piyadalar yola necə gəldi çıxırlar. Təəssüf ki, ölümü keçiddən üstün sayan bu piyadalar hətta 4-6 zolaqlı, sürətli yollarda belə yaxınlaşan avtomobilin qarşısına qəfil çıxmaqla qəzaların qurbanına çevrilirlər.

Ötən ilin statistikasına nəzər salsaq görərik ki, piyadaların avtomobillə vurulması Bakı şəhəri üzrə ümumi hadisələrin təxminən 49 faizini təşkil edib.

Belə ki, piyada vurulması ilə nəticələnən 269 yol-nəqliyyat hadisəsində 134 nəfər ölüb, 153 nəfər isə yaralanıb.

Ən faciəvi hal isə bəzi piyadaların uşaqlarla birlikdə qaydalara əmək etməyərək yolu keçmələridir. Belə ki, 2022-ci ildə piyadaların vurulması ilə nəticələnən qəzalarda 7 uşaq dünyasını dəyişib, 15-i isə xəsarət alıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadalara səslənərək onları “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etməyə,öz həyat və sağlamlıqlarına laqeyd yanaşmamağa dəvət edir.

OXŞAR XƏBƏRLƏR
Nazirlik "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya start verib

Nazirlik "Havanı kim çirkləndirir?" şüarı ilə yeni aksiyaya start verib

Əmlakını sığortalamayanlar sabahdan cərimələnəcəklərmi?

Əmlakını sığortalamayanlar sabahdan cərimələnəcəklərmi?

Ad, ata adı və soyadın dəyişdirilməsinin qeydiyyatına alınması qaydası dəyişib

Ad, ata adı və soyadın dəyişdirilməsinin qeydiyyatına alınması qaydası dəyişib

XƏBƏR LENTİ
  • 10:26

    Stoltenberq Ankaraya gedəcək
  • 10:23

    Bakı sakininin bank kartından oğurluq edən şəxs saxlanılıb
  • 10:21

    Qəbul imtahanları üçün ərizə qəbulunun tarixləri dəyişib
  • 10:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 10:16

    Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
  • 10:00

    "Sənin atan qəhrəmandır" adlı xeyiriyyə konserti baş tutub
  • 09:57

    Qeyri-sabit hava 3 iyunadək davam edəcək
  • 09:54

    DONDURMAFURSETLERİ.AZ AVTOMOBİL QAZANDIRIR!
Menyu