https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Marketlərdə niyə daha çox kolbasa məhsullarına endirim edilir?

25 May 2023 , 16:12
2722
Marketlərdə niyə daha çox kolbasa məhsullarına endirim edilir?

Supermarketlərdə demək olar ki, ilin 12 ayı nəyə endirim tətbiq olunmasa da, mütləqdir ki, kolbasa-sosis kimi məhsullara endirim edilir.

"Operativ Media" zərərli amma hər zaman ən çox satılan və daima endirimdə olan bu məhsulları araşdırıb.

Mövzu ilə bağlı sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova suallarımızı cavablandırıb:

Kolbasanın maya dəyəri nə qədərdir?

İlk olaraq qiymətlərə baxdıqda marketlərdə hər qiymətə kolbasa tapmaq mümkündür. Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynovanın sözlərinə görə, 1 kq ətin qiyməti minimum 14 manatdırsa, 400 qramlıq kolbasa azı 6 manat olmalıdır. Bizdə isə bazarda 6 manata hətta 1 kiloqramlıq kolbasa satılır.

Kolbasa niyə ucuz başa gəlir?

Ekspert bu suala da aydınlıq gətirib: "Satışda olan kolbasaların əksəriyyəti keyfiyyətsiz məhsullardır. Bizə gələn şikayətləri araşdırdıqda görürük ki, ətdən çox az istifadə olunub. Hətta, heyvanın kolbasa üçün yararlı olmayan digər hissələri də istifadə olunur ki, bu yolverilməzdir.``

Tərkibindəki maddələr insan orqanizmini necə çökdürür?

Tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrin əmələ gəlməsi prosesi sürətlənir. Tərkibində olan fosfatlar orqanizmdə kalsium və fosforun balansını pozur ki, nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir.

Bəs nə üçün bu məhsulları almaqdan imtina etmirik?

Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynovanın sözlərinə görə, kolbasa və sosislərin tərkibi həddindən artıq keyfiyyətsiz olduğundan "Çin duzu" kimi bilinən monosodium qlutamat maddəsi istehsalda istifadə edilir. Bu isə məhsulun uzun müddət xarab olmasının qarşısını alır və ağızda xüsusi tam yaradır. Monosodium qlutamat isə insanda asılılıq yaradır ki ,insanlar davamlı olaraq bu məhsulu istifadə etmək istəyir.

OXŞAR XƏBƏRLƏR
Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

XƏBƏR LENTİ
  • 08:03

    Peruda ağcaqanadlarla mübarizə gücləndirilib
  • 07:45

    Ukrayna ordusu şərq cəbhəsində irəliləyir
  • 07:35

    Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib
  • 07:14

    Cənubi Koreyada eskalatorun tərsinə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb
  • 07:11

    Türkiyədə mikroavtobus yandı, miqrantlar meşəyə qaçdı
  • 07:08

    Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
  • 07:01

    İranda itlərə qayğı göstərən din xadimi mollaların təzyiqi ilə üzləşib
  • 06:50

    Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
    Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Menyu